"Dəli olmaq həddinə çatıram" - 54 yaşlı möcüzəvi fotoaparat insan (FOTO)

"Dəli olmaq həddinə çatıram" - 54 yaşlı möcüzəvi fotoaparat insan (FOTO)
16:23 25 Mart 2020
65 Digər
Ölkə mətbuatı
A- A+

Yəqin ki, supergücə sahib olmaq hamımızın arzusudur. Doğrudur, adətən bu hallara fantastik filmlərdə rast gəlirik, amma gündəlik həyatımızda da bu insanlarla asanlıqla qarşılaşa bilərik.

Pulika.az xəbər verir ki, amerikalı Cill Prays dünyanın fövqəltəbii yaddaş sindromuna malik ilk insanıdır. Araşdırmalara görə Yer kürəsində Cillin supergücünə sahib 60 nəfər yaşayır. Cill həyatının bütün günlərini ən xırda detallarınadək xatırlayır. 54 yaşı var. Hətta bəzən yaddaşı öz iradəsi xaricində işə düşür. Adi bir əşya ömrünün müəyyən gününün ən acı yaxud şirin məqamını xatırlada bilir. Cill etiraf edir ki, bu bacarığı onun ən böyük faciəsidir. Mənim şüurum həyatımın başdan-ayağa özünə yük edim. Bəzən hətta dəli olmaq həddinə çatıram. Bilirəm ki, yaddaşım hələ başıma çox bəla açacaq.

Джилл Прайс.

Cill 2005-ci ildə sevimli həyat yoldaşını itirib. Hələ də əri ilə bağlı bütün anlarının yasını tutur.

Praysın acınacaqlı sindromu haqda danışan həkimlərin də dedikləri kimi, unutmaq insanın ən təbii ehtiyacı olmaqla yanaşı həyatına davam etməsi üçün zərurətdir. İnsan mütləq tam unutmaqla, tam xatırlamağın arasındakı sahildə üzməlidir.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/308739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR