Suna oğluna görə Azərbaycana təşəkkür etdi

Suna oğluna görə Azərbaycana təşəkkür etdi
16:47 25 Mart 2020
Ölkə mətbuatı
A- A+

Məşhur aşpaz Suna Kazımoğlu da sosial şəbəkədə evdə qal çağırışı edib.

Milli.Az xəbər verir ki, hər kəs kimi evdə olduğunu bildirən bloqer karantinin 4-cü gününü ailəsi ilə birgə keçirdiyini bildirib:

"Bilirsiniz ki, oğlum Nyu-Yorkda oxuyur, təyyarə ilə Azərbaycana gəlib. Hazırda karantindədir. Oğlumla hər gün telefonla danışıram. Vəziyyətindən razıdır, hazırda bütün təyyarə sərnişinləri oteldə karantin rejimindədir. Hər gün hərarətləri ölçülür, yeməkləri verilir, dediyinə görə, onlara çox gözəl baxırlar. Bu qədər diqqət və qayğıya görə Azərbaycana təşəkkür etmək istəyirəm. Test nəticələri neqativ çıxdığı zaman oğlum da yanımızda olacaq. Azərbaycan tədbirləri ən başda və qısa zaman ərzində ələ ala bilib. Deyə bilərəm ki, ən yaxşı tədbir almış ölkələrdən biridir. Bu səbəbdən mənim içim rahatdır, sizin də içiniz rahat olsun. Hər kəsdən xahiş edirəm ki, evdə qalın. Sadəcə özümüzü yox, hamını düşünməliyik. Oğlum üçün çox darıxmışam, ancaq sağlamlığımız üçün ondan bir müddət ayrı qalmağa razıyam".


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/836321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR