Ağstafada minik avtomobili aşıb, üç nəfər ağır xəsarət alıb

Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Qarahəsənli kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan 3 nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR