İcra hakimiyyəti: "Özəl obyektlərin dezinfeksiyası ilə məşğul deyilik"

İcra hakimiyyəti: "Özəl obyektlərin dezinfeksiyası ilə məşğul deyilik"
17:23 25 Mart 2020
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə Suraxanı Rayon İcra strukturları və Bələdiyyə əməkdaşlarının Qaraçuxur qəsəbəsindəki özəl obyektdən dezinfeksiya xidməti göstərdiyinə görə pul tələb etməsi barədə məlumat yayılıb.

Suraxanı rayon İcra Hakimiyyətindən Publika.az-a bildirilib ki, rayon icra hakimiyyəti strukturları özəl obyektlərdə dezinfeksiya fəaliyyəti ilə məşğul deyil: "Bu gün Bakı şəhərində bir çox özəl və ya təsərrüfat hesablı müəssisələr var ki, onlar dezinfeksiya sahəsində pullu xidmət göstərirlər və bu yalnız özəl obyektləri əhatə edir. Qeyd edilən fakt tərəfimizdən araşdırılıb və məlum olub ki, insident baş verən ərazidə əsasnaməsinə uyğun olaraq pullu xidmətlər göstərən Aqrar Xidmətlər Agentliyinin Baytarlıq İdarəsinin Suraxanı rayon sahəsinin əməkdaşları olublar. Bildiririk ki, rayon icra hakimiyyəti strukturları dövlətin balansında olan binaların, onların giriş bloklarının, liftlərin, həyətlərin, park və küçələrin dezinfeksiyası ilə məşquldur və bunun müqabilində heç bir ödəniş tələb edilə bilməz".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/308742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR