Fatih Terimi koronavirusa bu şəxs yoluxdurub - İDDİA

Fatih Terimi koronavirusa bu şəxs yoluxdurub - İDDİA
20:43 25 Mart 2020
174 İdman
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, təcrübəli mütəxəssisin testinin nəticəsi müsbət çıxıb və o dərhal xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Hazırda Terimin müalicəsi davam etdirilir. Türkiyə mediası 66 yaşlı baş məşqçinin bu virusa harada və necə yoluxması ilə bağlı bir sıra iddialar ortaya atıb.

Belə ki, mətbuat iddia edir ki, Terim bu virusa "Qalatasaray"ın ikinci prezidenti Abdurrahim Albayrakdan yoluxub. Klub rəsmisinin həyat yoldaşı Şükran Albayrak həmin ərəfələrdə xarici ölkədən gəlib və onda da koronavirus testinin nəticəsi müsbət çıxıb. "Beşiktaş" klubu ilə son oyunda Terimin ən çox təmasda olduğu şəxs məhz Abdurrahim Albayrak olub. Onun oğlunda da koronavirus testi pozitiv çıxıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/308759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR