Çin 420 min dollarlıq koronavirus testi hədiyyə etdi

Çin 420 min dollarlıq koronavirus testi hədiyyə etdi
20:53 25 Mart 2020
86 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Gürcüstana hədiyyə etdiyi koronavirusu sürətlə aşkarlayan testlər artıq Tbilisiyə çatdırılıb.

Bu barədə Gürcüstanın Çin Xalq Respublikasındakı səfiri Arçil Kalandiya özünün “Facebook” səhifəsində məlumat yayıb. O bildirib ki, Siçuan əyaləti rəhbərliyinin təqdim etdiyi koronavirus və digər respirator virusları müəyyən edən testlər və müvafiq avadanlıqların ümumi dəyəri 420 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, bu testlərdən ilk olaraq azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun sakinləri keçiriləcək.(Report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/308761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR