Fransada ictimaiyyətə həyəcanlı çağırışlar edilib - FOTO

Fransada ictimaiyyətə həyəcanlı çağırışlar edilib - FOTO
22:57 25 Mart 2020
135 Dünya
Ölkə mətbuatı
A- A+

Ağır vəziyyətdə olan xəstələri xilas etmək üçün onların hər biri bir süni tənəffüs aparatı ilə təmin edilməlidir. Xəstəxanalara əlavə tibbi heyət lazımdır. Pasiyentlər, xəstələr və ağır vəziyyətdə olan xəstələrə tibbi yardım göstərilməsi üçün minlərlə əlavə tibbi heyətə ehtiyac var. Dərman təchizatı tükənməməlidir. Ehtiyac olan əsas dərmanların istehsalını və xəstəxanalara təchizatını təmin etmək vacibdir. Həddən artıq işləyən və artıq yorğunluqdan üzülən tibb işçilərinə stimul vermək məqsədilə onlar mükafatla təmin olunmalıdır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Yardımı- Paris Xəstəxanalarının baş direktoru Martən Hirş (Martin Hirsch) Fransa Fondu və Paster İnstitutu ilə birlikdə "Hamımız virusa qarşı birləşək" devizi ilə tibb işçilərini, tədqiqatçıları və zəif insanları dəstəkləmək üçün ictimaiyyətə son dərəcə həyəcanlı çağırışlarında bildirib.

M. Hirş bunun çağırışdan da ciddi olduğunu deyərək, bir həftədən sonra nələr baş verəcəyini indidən gördüyünü diqqətə çatdırıb. Bildirib ki, hazırda rəhbərlik etdiyi xəstəxanada 1000-dən çox ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmiş COVID-19 virusuna yoluxmuş xəstə var: "Virusun yayıldığı ilk günlər xəstəxananın nə qədər xəstə qəbul edə billəcək imkanları ilə bağlı bir həftəlik proqnoz verə bilirdim, ancaq indi 3 günlük proqnozu deyə bilərik".

Bununla o, vəziyyətin getdikcə çətinləşdiyini, xəstələrin sayının durmadan artdığını diqqətə çatdırıb.

Xatırladaq ki, ekspertlərin rəyinə görə, Fransada COVID-19 epidemiyasının pik nöqtəsi aprel ayının əvvəlində gözlənilir.

Martın 24-dək ölkədə 22 min 302 COVID-19 virusuna yoluxma və xəstəxanalarda bu virusdan son 24 saatda 240 olmaqla ümumi 1100 ölüm halı qeydə alınıb. Yoluxanlardan 3281 nəfər sağalaraq xəstəxanaları tərk ediblər.

Qocalar evlərində olan ölüm halları bu rəqəmlərə daxil edilməyib. Martın 24-dən qocalar evlərindəki vəziyyətin son dərəcə ağır olması ilə bağlı çağırışlar səsləndirilir. Xəstəxanalarda ağır vəziyyətdə olan insanların müalicəsində yaş seçimi aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR