İraqda 2 türk əsgəri həlak oldu, yaralılar var

PKK terrorçularının minaatanlardan açdığı atəş nəticəsində İraqın şimalında 2 türk əsgəri həlak olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Haftanin rayonunda qeydə alınıb. Terrorçuların açdığı atəş nəticəsində habelə daha 2 türk əsgəri yaralanıb.

Nazirlik bildirib ki, düşmənin obyektlərinə cavab atəşi açılıb, hədəflər məhv edilib və ölən hərbçilərin qisası alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR