Cənubi Koreyada koronavirusa yoluxanların sayı 92 min nəfəri ötdü

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 92 min nəfəri ötdü
06:57 26 Mart 2020
136 Digər
Ölkə mətbuatı
A- A+

Son gün ərzində Cənubi Koreyada koronavirusa 104 yeni yoluxma qeydə alınıb
“Report” RİA “Novosti”yə istinadən bu barədə Səhiyyə Nazirliyi yanında xəstəliklərin profilaktikası və nəzarət üzrə mərkəz bildirib.
Qeyd edilir ki, ölkədə rekord sayda - 414 sağalma qeydə alınıb. COVID-19-a yoluxanların ümumi sayı 9 241 nəfərə çatıb, 131 nəfər insan ölüb.
Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası adlandırılıb. Bütün məktəblərdə və məktəbəqədər müəssisələrdə tədrisin başlanğıcı artıq üçüncü dəfədir (bu dəfə 6 aprelədək) təxirə salınıb.
Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cenubi-koreyada-koronavirusa-yoluxanlarin-sayi-92-min-neferi-otdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR