Sosial şəbəkələr koronavirusa görə videoların keyfiyyətini azaldır

Sosial şəbəkələr koronavirusa görə videoların keyfiyyətini azaldır
07:42 26 Mart 2020
132 Maraqlı
Ölkə mətbuatı
A- A+

YouTube koronavirusa görə video məzmunun keyfiyyətini aşağı saldıqdan sonra Feysbuk və İnstaqram da həmin təşəbbüsə qoşulub.

Milli.Az ted.az-a istinadən bildirir ki, Feysbuk və İnstaqramda karantin dövründə kompüter şəbəkələrinin yükünü azaltmaq üçün videoların keyfiyyəti aşağı salınıb.

"Şəbəkənin potensial tıxanmasının qarşısını almaq üçün Avropadakı Feysbuk və İnstaqram platformalarının video məzmunun sürətini müvəqqəti olaraq azaldacağıq. İnsanların karantin vaxtı şəbəkələrdən rahat istifadə etmələri üçün tərəfdaşlarla birlikdə işləyirik. Pandemiya zamanı istifadəçilərin əlaqə imkanlarını gücləndirməyə çalışırıq", - deyə Feysbuk sözçüsü qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/836340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR