Ceyms Bondun yeni avtomobili: Aston Martin Valhalla

Ceyms Bondun yeni avtomobili: Aston Martin Valhalla
08:22 26 Mart 2020
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ceyms Bondun yeni avtomobili olaraq təqdim edilən Aston Martin Valhalla-nın xüsusiyyətləri dəqiqləşməyə başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bir müddət əvvəl Aston Martin Valkyrie adlı yeni avtomobilini təqdim edib. cəmi 150 ədəd istehsal ediləcək modelin qiyməti təxminən 3,2 milyon dollar olacaq. Ona görə də şirkət rəsmiləri daha ucuz məhsulun istehsalına qərar veriblər.

Məşhur dizayner Adrian Nevinin rəhbərliyi ilə start verilən layihə çərçivəsində 500 Valhalla moldelli avtomobilin istehsal olunacağı gözlənilir.

Firma 1968-ci ildə istehsal etdiyi 5.3 litrlik V8 mühərrikindən sonra başqa şirkətlərin təmin etdiyi mühərriklərdən istifadəyə üstünlük verirdi. Amma Valhalla ilə birgə 42 il sonra yenidən öz mühərrikini təqdim edib.

Modeldə 3.0 litrlik V6 mühərrik yer alacaq. TM01 kod adı ilə bazara çıxarılacaq mühərrikə yeni texnologiyalarla ayaqlaşmaq üçün elektrik mühərrikləri də əlavə edilib. Bundan başqa, hibrid modeldə avtomobildə turbo rejim də olacaq.

Aston Martin Valhalla modelinin orta hesabla 1 milyon dollara bazara çıxarılacağı deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/836345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR