Koronavirus səbəbindən ABŞ-da milyonlarla insan işsiz qala bilər

Koronavirus səbəbindən ABŞ-da milyonlarla insan işsiz qala bilər
08:32 26 Mart 2020
137 Dünya
Ölkə mətbuatı
A- A+

Cari ilin yay aylarınadək ABŞ-da koronavirus pandemiyası səbəbindən 14 milyon insan işini itirə bilər.

"CNN" xəbər verir ki, mütəxəssislərin fikrincə, fərdi sektorda işləyənlərin 10%-i işsiz qalacaq.

Ən ciddi zərbə pərakəndə ticarət, əyləncə sənayesi və mehmanxana biznesi sahələrinə dəyəcək.

Yuxarıda qeyd edilən sahələri nəzərə alaraq, işsizliyin əsasən Nevada, Montana və Havay ştatlarında müşahidə olunacağı ehtimal edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR