Meksikada koronavirusa yoluxanların sayı artıb

Meksikada koronavirusa yoluxanların sayı artıb
09:27 26 Mart 2020
90 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikada daha 70 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mətbuat konfransı zamanı ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatell deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 475 nəfərə çatıb, daha 1656 nəfər həkimlər tərəfindən yoxlanılır.

Nazir müavini qeyd edib ki, artıq ölkədə 6 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Meksikada koronavirusa ilk yoluxma halı fevralın 28-i qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR