Sumqayıt sakinləri Balakəndə narkotiklə tutuldu

Sumqayıt sakinləri Balakəndə narkotiklə tutuldu
10:07 26 Mart 2020
48 Digər
Ölkə mətbuatı
A- A+

Balakən polisi üzərində narkotik maddə olan şəxsləri saxlayıb. 
"Report" un Şimal-qərb bürosuna DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin  Dövlət Yol Polisi bölməsinin əməkdaşları Balakən şəhəri ərazisində hərəkətdə olan “Opel” markalı avtomobil saxlayıb. 
Bu zaman sürücü və sərnişinlərdə narkotik vasitə saxlamaqda şübhəli hərəkətlər hiss edildiyindən həmin nəqliyyat vasitəsi və şəxslər Polis Şöbəsinə gətiriliblər. 
Həmin şəxslərin Sumqayıt şəhər sakinləri 36 yaşlı Fuad Quliyev, 34 yaşlı Şahin Səfərov və 45 yaşlı Zaur Əlizadə olduqları müəyyən olunub. 
Şəxsi axtarış zamanı F.Quliyevdən sellofan torbada 230 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana, Z.Əlizadədən siqaret qutusunda psixotrop maddə-metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb. 
Ş.Səfərova məxsus “Opel” markalı avtomobilə baxış keçirilən zaman oradan da metamfetamin və qurudulmuş marixuana aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb, istint



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayit-sakinleri-balakende-narkotikle-tutuldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR