Serxio Ramos koronavirusla mübarizəyə qoşuldu

Serxio Ramos koronavirusla mübarizəyə qoşuldu
10:12 26 Mart 2020
118 İdman
Ölkə mətbuatı
A- A+

Dünyada sürətlə yayılan koronavirus pandemiyası ilə mübarizəyə daha bir ulduz futbolçu qoşulub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Madrid "Real"ının kapitanı Serxio Ramos da belə bir nəcib təşəbbüslə diqqət mərkəzinə düşüb.

İspaniyalı təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O, 264 571 maska, 15 min test və 1000 qoruyucu geyim dəsti alıb. O, bu işi UNİCEF-in dəstəyi ilə gördüyünü də diqqətə çatdırıb. Ramosun sözlərinə görə, bütün bu ləvazimatlar martın 27-də İspaniyaya çatdırılacaq.

UNİCEF də bu barədə rəsmi açıqlama yayıb və bu yardımı üçün ispaniyalı ulduz futbolçuya təşəkkür edib.

Qeyd edək ki, İspaniya Avropada İtaliyadan sonra koronavirus qurbanlarının sayına görə ikinci yerdədi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/836528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR