Ərdoğan da G20-nin toplantısına qatılır

Ərdoğan da G20-nin toplantısına qatılır
10:22 26 Mart 2020
75 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 dövlətlərinin fövqəladə toplantısına qatılacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyə Prezidenti zirvə görüşündə martın 26-da yerli vaxtla saat 15:00-da videokonfrans vasitəsilə iştirak edəcək.

İstanbulda prezidentin Huber köşkündə baş tutacaq toplantıda Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəxrəddin Altun, Prezidentin mətbuat katibi İbrahim Qalın da iştirak edəcək.

Qeyd edək ki, G20 dövlətlərinə 19 ölkə - Almaniya, ABŞ, Argentina, Avstraliya, Braziliya, Çin, İndoneziya, Fransa, Cənubi Afrika, Cənubi Koreya, Hindistan, Britaniya, İtaliya, Yaponiya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Avropa İttifaqı Komissiyası daxildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR