Pərviz "Survivor"dan koronavirusa görə evinə zəng etdi: eşitdiklərini gözyaşı ilə qarşıladı - VİDEO

Pərviz "Survivor"dan koronavirusa görə evinə zəng etdi: eşitdiklərini gözyaşı ilə qarşıladı - VİDEO
10:27 26 Mart 2020
Ölkə mətbuatı
A- A+

Acun Ilıcalının rəhbəri və aparıcısı olduğu dünyaca məşhur "Survivor"da "Məşhurlar" və "Könüllülər" komandasını bir araya yığaraq xəbərsiz olduqları koronavirus bəlası ilə bağlı verdiyi məlumat bütün iştirakçıları narahat edib.

Milli.Az xəbər verir ki, layihənin rəhbəri Acun ailəli və uşaqları olduğu üçün yalnız "Məşhurlar" komandasında iştirak edən həmyerlimiz, kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevə evinə zəng edib vəziyyətlərini öyrənmək şansı verib.

Ailəsinə zəng edən Pərvizin sözügedən kadrları hər kəsi duyğulandırıb. Oğlu Yusifin səsini eşidən Pərviz qəhərini gizlətməyə çalışsa da alınmayıb. Həyat yoldaşının "Hamımız yaxşıyıq, narahat olma. Uşaqlar da ancaq sənə baxırlar" sözləri isə Pərvizi daha da duyğulandırıb.

Sözügedən kadrları təqdim edirik:

Xatırladaq ki, dünya çempionumuzun Yusif və Oğuzxan adında iki oğlu var.

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/836531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR