Deputat koronavirusa yoluxdu, parlament karantinə alındı

Deputat koronavirusa yoluxdu, parlament karantinə alındı
10:37 26 Mart 2020
95 Dünya
Ölkə mətbuatı
A- A+

Latviyanın ən qalmaqallı siyasətçilərindən biri, şoumen, aktyor və deputat Artuss Kaymiş koronavirusa yoluxub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb. Deputat bu səbəbdən evdə karantində olduğunu açıqlayıb.

Kaymişin açıqlamasından sonra parlamentin digər üzvləri də karantinə alınıb. Kaymişdən digər deputatlara koronavirusun yoluxub-yoluxmadığı üçün millət vəkilləri testdən keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR