İspaniya Kral Futbol Federasiyası klublara 500 milyon avro yardım təklif etdi

İspaniya Kral Futbol Federasiyası klublara 500 milyon avro yardım təklif etdi
10:47 26 Mart 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqanın koronavirus pandemiyası ilə əlaqədar dayandırılması səbəbindən ciddi pul itkisi ilə üzləşən klublara maliyyə yardımı etməyə hazırdır. 
"Report"un məlumatına görə, bu barədə RFEF-in prezidenti Luis Rubiales açıqlama verib. O, La Liqa rəhbərliyinin istəyi əsasında bu məsələni müzakirə edəcəklərini bildirib: "Biz 500 milyon avro kredit xətti üzərində işləyirik". 
Daha əvvəl Almaniya Bundesliqasında 4 klub ehtiyacı olan digər komandalara 20 milyon avro ayırıb. İngiltərə Premyer Liqası klublarının isə oyunçularından əmək haqlarında 50 faiz endirim xahişi edə biləcəkləri məlum olub. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-spaniya-kral-futbol-federasiyasindan-klublara-500-milyon-avro-yardim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR