Rusiya dünya ilə hava əlaqəsini dayandırır

Rusiya dünya ilə hava əlaqəsini dayandırır
10:52 26 Mart 2020
84 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya hökuməti koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə tədbirləri daha da sərtləşdirib. 

Musavat.com TASS-a istinadən xəbər verir ki, hökumət yanında yaradılan qərargahın əmri ilə martın 27-dən etibarən Rusiya bütün dövlətlərlə hava əlaqəsini tamamilə dayandırır. Qərara əsasən, həmin tarixdən etibarən aviareyslər yalnız dövlət ehtiyacları ilə bağlı, bir də xaricdəki Rusiya vətəndaşlarını ölkəyə gətirmək üçün həyata keçiriləcək.

Qərarda bildirilir ki, aviadaşımalar Rusiya Federasiyası ərazisindəki bütün dövlət və özəl hava limanları, dövlət və özəl aviaşirkətləri üzrə dayandırılır.

Nəqliyyat Nazirliyi martın 30-dək xaricdə olan Rusiya vətəndaşlarının ölkəyə gətirilməsi qrafikini tərtib etməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR