Uşaq 16 saat koronavirusdan ölən anasının cəsədi ilə tək qaldı

ABŞ-ın Virciniya ştatında körpə koronavirusa yoluxan anasının meyitinin yanında 16 saat qalıb.

Metbuat.az xəbər verir ki, həkim işləyən 42 yaşlı qadının meyiti yaşadığı evdə aşkarlanıb. Tibbi ekspertiza müayinəsi onun koronavirusa yoluxduğunu müəyyənləşdirib.

Müstəntiqlər qadının meyitini öləndən 12 - 16 saat sonra aşkarlayıb və bu müddət ərzində körpəsi onun yanında olub.

O da vurğulanıb ki, ölən qadın COVID-19 xəstələri ilə təmasda olmayıb.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, tənəffüs aktivliyi olmadığı üçün ölmüş adamdan koronavirus yoluxmur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR