İraqda 2 türk hərbçisi şəhid oldu

İraqda 2 türk hərbçisi şəhid oldu
11:27 26 Mart 2020
131 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın şimalında Türkiyə ordusunun iki hərbçisi şəhid olub.

Milli.Az bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat yayılıb.

Məlumatda bildirilib ki, bu gün İraqın şimalındakı Haftanin bölgəsində separatçı terror təşkilatı üzvlərinin etdiyi hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin (TSK) 2 hərbçisi ölüb, 2 hərbçisi isə yaralanıb.

Şöbədən verilən xəbərdə qeyd olunub ki, TSK terrorçuları cavab atəşi ilə susdurub və 8 terrorçu zərərsizləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR