Pərviz "Survivor"dan virusa görə evinə zəng etdi: Göz yaşını saxlaya bilmədi -

Ötən gün "Survivor"da "Məşhurlar" və "Könüllülər" komandası koronavirusun bütün dünyaya yayıldığı ilə bağlə xəbər verilib.

Metbuat.az xəbər verir ki, verilişin aparıcısı Acun İlıcalı iştirakçılara bu məlumatın xəbərdarlıq xarakteri daşıdığını bildirib. Acun deyib ki, iştirakçıların ailələri ilə müntəzəm telefon vasitəsi ilə əlaqə yaradılır və onların hal-hazırki vəziyyəti normaldır. Bu xəbərdən sonra hər iki komandanın iştirakçıları narahat olmağa başlayıblar.

Acun ailəli və uşaqları olduğu üçün yalnız "Məşhurlar" komandasında iştirak edən həmyerlimiz, kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevə evinə zəng edib vəziyyətlərini öyrənmək şansı verib.

Ailəsinə zəng edən Pərvizin sözügedən kadrları hər kəsi duyğulandırıb. Yusif və Oğuzxan adında iki oğul atası olan Pərvizin ailəsi ilə telefon bağlantısı izləyiciləri kövrəldib.

Həmin kadrları təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR