İranda bioloji silaha qarşı təlim başlayıb

İranda bioloji silaha qarşı təlim başlayıb
11:42 26 Mart 2020
126 Digər
Ölkə mətbuatı
A- A+

İran İnqilab Keşikçiləri Qvardiyasının Quru Qoşunları bioloji silahdan müdafiə üzrə təlim keçirir.
“Report” xəbər verir ki, məlumatı “Fars” yayıb.
Bildirilib ki, təlimlər ölkənin 3 000 rayonunda və Tehranın 100 məntəqəsində keçirilir.
Təlimdə qvardiya ilə yanaşı, onun kadr bazası sayılan yarımhərbi bəsic təşkilatı da iştirak edir.
Məlumata görə, ölkəni dezinfeksiya etmək üçün 10 bazada quru qoşunların 100 tağımı yaradılıb.
Qeyd edək ki, martın 15-də İranda bioloji silah təhlükəsindən müdafiə olunmaq məqsədi ilə silahlı qüvvələrin genişmiqyaslı təlimi keçirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-randa-bioloji-silaha-qarsi-telim-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR