"Mançester Yunayted" Qrizmannı istəyir

"Mançester Yunayted" Qrizmannı istəyir
12:22 26 Mart 2020
129 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın hücumçusu Antuan Qrizmann karyerasını Premyer Liqada davam etdirə bilər.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Romelu Lukakunun gedişindən sonra komandanın hücum xəttindəki boşluq doldurula bilməyib. Bunun üçün də klub rəhbərliyi Qrizmannı mövsüm sonunda heyətinə qatmağı düşünür.  "Mançester Yunayted" oyunçunu razı salmaq üçün Devid Bekhem, Erik Kontana və Corc Best kimi əfsanəvi futbolçuların geyindiyi 7 nömrəli formanı verməyə hazırdır.

"Barselona"da gözləntiləri qarşıla bilməyən fransalının komandadan ayrılacağı iddia edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/836535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR