Rusiyada koronavirusa bir gündə 200-ə yaxın insan yoluxdu

Rusiyada martın 26-da koronavirusa yoluxma ilə bağlı 182 fakt qeydə alınıb.

Metbuat.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin əməliyyat qərargahı məlumat yayıb.

Bildirilib ki, yoluxma Rusiyanın 56 regionunda qeydə alınıb. Ümumilikdə isə martın 26-dək ölkə ərazisində 840 yoluxma müəyyən olunub, onlardan 38 nəfər sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR