Bakı polisi bir gündə 17 cinayətin üstünü açdı

Bakı polisi bir gündə 17 cinayətin üstünü açdı
12:37 26 Mart 2020
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-da 17 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən sağlamlığa ağır zərər vurma 1, quldurluq üzrə 1, narkotiklərin qanunsuz dövriyyəsinə görə 4, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 4 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 5 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/836538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR