Koronavirusdan ölən qadının son harayı: ''Düş yaxamdan, burax məni...'' - FOTOLAR

Türkiyədə koronavirusdan ölən 33 yaşlı Diləy Taxtalının son mesajı koronavirusun dəhşətlərini bir daha ortaya çıxardı.

Metbuat.az xəbər verir ki, özəl bir xəstəxanada qeydiyyat şöbəsində çalışan Dilək uşaqlıqdan revmatizim xəstəliyindən əziyyət çəkib. Martın 10 da yüksək hərarət,halsızlıq şikayətləri ilə xəstəxanaya gətirilən Diləyin koronavirusa yoluxduğu aşkar edilib. Həkimlərin səyinə baxmayaraq gənc qadını xilas etmək mümkün olmayıb.

Evin tək övladı olan Diləyin sosial mediada paylaşımları ürək parçalayır:

“Baş ağrısı, halsızlıq, axşam başlayıb bütün gecə insanı yatmağa qoymayan öskürək... Temperaturum düş, yaxamı burax! Hər dəqiqə sirkə-aspirinli su, ilıq duş, buz kimi havada eyvana çıxmaqdan huşumu itirəcəm”.

Qeyd edək ki, Tahtalı CHP-li sabiq millət vəkili Ramiz Topalın qohumudur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR