Bakıda polis koronavirusa görə səsgücləndirici ilə əhaliyə çağırış etdi - VİDEO

Bakıda polis koronavirusa görə səsgücləndirici ilə əhaliyə çağırış etdi - VİDEO
12:52 26 Mart 2020
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə ölkəmizdə də müxtəlif qurumlar tərəfindən davam etdirilir.

Milli.Az xəbər verir ki, Çevik Polis Alayı əməkdaşları müxtəlif ərazilərdə səsgücləndirici ilə insanları maarifləndirir, çölə çıxmamağa çağırır.

DİN əməkdaşları sakinlərdən 10 nəfərdən artıq adamın bir yerə toplaşmamağını, yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması və qoyulan qayda-qanunlara əməl etmələrini xahiş ediblər.

Bakıdakı belə müraciətlərdən birini təqdim edirik:

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/836590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR