Malayziya kralı karantinə yerləşdirilib

Malayziya kralı karantinə yerləşdirilib
13:12 26 Mart 2020
102 Dünya
Ölkə mətbuatı
A- A+

Malayziya kralı Sultan Abdulla Riyətəddin əl-Mustafa və kraliça Əzizə Əminə Maymuna İsgəndəriyyədə karantinə yerləşdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb kral sarayının yeddi əməkdaşında koronavirusun aşkar edilməsi olub.

Qeyd olunur ki, kral və kraliça üzərində keçirilən test mənfi göstərib. Buna baxmayaraq, onların 14 gün müddətinə karantinə alınması məsləhət görülüb.

Bu günədək Malayziyada 1 796 nəfər koronavirusa yoluxub, 21 nəfər vəfat edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR