“Aviation Services Group” Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat köçürdü

“Aviation Services Group” Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat köçürdü
13:22 26 Mart 2020
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda mülki aviasiya xidmətləri göstərən "Aviation Services Group" (ASG) şirkətlər qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünü dəstəkləyərək Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat köçürüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Aviation Services Group"un tərkibinə daxil olan şirkətlər hava limanlarında həmyerlilərimizin vətənə qaytarılması çərçivəsində gücləndirilmiş rejimdə işləyirlər. "Aviation Services Group" Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tövsiyələrinə əməl edərək müştərilərinin və əməkdaşlarının sağlamlığının qorunmasını təmin etmək üçün bütün təhlükəsizlik tədbirlərini yerinə yetirir.

"Aviation Services Group" koronavirus infeksiyası ("COVID-19") ilə mübarizədə hökumət və Azərbaycan xalqı ilə həmrəyliyini bildirir və pandemiya ilə mübarizədə birlik göstərməyə çağırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/836591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR