Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı
13:27 26 Mart 2020
43 Digər
Ölkə mətbuatı
A- A+

Daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/polis-cinayet-toretmekde-subheli-bilinen-43-neferi-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR