“Yuventus”un futbolçusu azərbaycanlı müğənninin mahnısını oxumağı xahiş etdi - FOTO

“Yuventus”un futbolçusu azərbaycanlı müğənninin mahnısını oxumağı xahiş etdi - FOTO
13:37 26 Mart 2020
140 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Yuventus" klubunun futbolçusu Miralem Pyaniç azərbaycanlı müğənni Nahidə Babaşlının ifa etdiyi mahnının oxunmasını istəyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 29 yaşlı bosniyalı futbolçu türkiyəli müğənni Zeynep Bastıkın "Instagram"da açdığı canlı yayıma qoşulub.

Məşhur futbolçu son zamanlar türk dilində ən populyar mahnılardan olan "Benim Hikayem"in ("Mənim Hekayəm") nəqarətindəki "Bu hikayede yanan ben oldum" sözlərini yazıb və müğənnidən mahnını oxumağı xahiş edib.

Qeyd edək ki, qadınların hüquqlarının pozulmasından bəhs edən "Benim Hikayem"in sözləri və musiqisi Nahidə Babaşlıya aiddir. Ötən il noyabrın 15-də "YouTube"a yüklənən bu mahnının klipi 23,5 milyon istifadəçi tərəfindən izlənilib və Türkiyədə məşhurlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/836600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR