Avtomobil yanacağından 311,6 milyon manat gəlir əldə olunub

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 311,6 mln. manat təşkil edib.

Metbuat.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji ayları ilə müqayisədə 1% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,3%-i avtomobil yanacağının alınmasına sərf olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR