Zaur Darğallı: “Marneulidə koronavirus aşkarlanmayıb”

.

“Marneuli sakinləri koronavirus testindən keçirilir. Bu vaxta qədər virusa yoluxma halı aşkarlanmayıb”.

Metbuat.az “report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə rayonun icra başçısı Zaur Darğallı jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, banklarda insanların toplaşması müşahidə olunur, lakin sosial məsafə təmin edilir.

Z.Darğallı Marneulidə məlumatlandırma kanpaniyasının davam etdirildiyini söyləyib: “Məlumatlandırma Azərbaycan dilində də həyata keçirilir. Sakinlərə qəzetlər və vərəqələr paylanılır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR