Məhşur qəzetdən iddia: Rusiya Hantavirusa yoluxmada ikinci yerdədir

Rusiyanın məhşur ''İzvestiya'' qəzeti yazır ki, Çində yaranan Hantavirus Rusiya üçün təhlükədə ikinci yerdədir.

Metbuat.az xəbər verir ki, qəzetdə qeyd olunur ki, Volqa, Başqırdıstan və Soçi Rusiyanın təhlükəli bölgələri sırasındadır. Xüsusilə çətin vəziyyət, 2019-cu ilin qışında Saratov bölgəsində, təxminən üç min insanın yoluxduğu ''Kumusnaya Dolina'' parkında zaman meydana gəlib.

Nəşr qeyd edir ki, hazırda Rusiya, hantavirusları aşkar etmək üçün testlər hazırlayıb, klinik sınaqlar isə hələ də başa çatmayıb. Qəzetdə yazılıb ki, hantavirus gəmiricilər vasitəsi ilə yayılır.

Qeyd edək ki, Mart ayında Çində bir kişi hantavirusdan ölüb. Yunnan əyalətinin sakini Şandonga gedən ictimai nəqliyyatda ölüb. Həkimlər eyni avtobusun sərnişin bölməsindəki bütün sərnişinləri karantinaya alıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR