Çexiya aeroportlarda sifətləri tanıma sistemi tətbiq edəcək

Çexiya aeroportlarda sifətləri tanıma sistemi tətbiq edəcək
18:38 17 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+


Praqa, 17 yanvar, Pərvanə Qarayeva, AzərTAc
Tezliklə Praqanın Vatslav Havel aeroportunda müşahidə texnikasının təkmilləşdirilməsi çərçivəsində təhlükəsizlik sistemi işə salınacaq. Bu sistem sərnişinlərin sifətlərini avtomatik tanımağa da kömək edir. Çexiyanın maliyyə naziri Andrey Babiş yanvarın 19-da hökumətin iclasında yeni operativ texnikanın alınması barədə təklif irəli sürəcək.
Maliyyə və daxili işlər nazirlərinin bu niyyəti haqqında məlumat yayan “Ceska justice” serverinin yazdığına görə, insanları “üzdən tanıyan” texnikanın alınması 154 milyon krona başa gələcək.
Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHexiya_aeroportlarda_sifetleri_tanima_sistemi_tetbiq_edecek-825562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR