Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxdu

Rusiya və keçmiş SSRİ-nin tanınmış müğənnisi Lev Leşenkonun koronavirusa yoluxması təsdiqlənib.

Metbuat.az xəbər verir ki, həkimlər Leşenkonun səhhətinin çox ağır olduğunu bildiriblər. O, hazırda reanimasiya şöbəsindədir.

Qeyd edək ki, bir müddət əvvəl Lev Leşenkoda ağciyərin iltihabı aşkar edilmişdi. Dünən koronavirusla bağlı aparılan testin nəticəsi martın 26-da müsbət olub. Leşenko həyat yoldaşı ilə birlikdə xarici səfərdən sonra xəstəxanaya yerləşdirilmişdi.

Mənbə.Qazeta.ru


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR