Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxdu

Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxdu
16:12 26 Mart 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya və keçmiş SSRİ-nin tanınmış müğənnisi Lev Leşşenkonun koronavirusa yoluxması təsdiqlənib.
“Report”un “gazeta.ru”ya istinadən verdiyi məlumata görə, həkimlər Leşşenkonun səhhətinin çox ağır olduğunu bildiriblər. O, hazırda reanimasiya şöbəsindədir. 
Qeyd edək ki, bir müddət əvvəl Lev Leşenkoda ağciyərin iltihabı aşkar edilmişdi. Dünən koronavirusla bağlı aparılan testin nəticəsi martın 26-da müsbət olub. Leşşenko həyat yoldaşı ilə birlikdə xarici səfərdən sonra xəstəxanaya yerləşdirilmişdi. O həm də Moskva "Dinamo"sunun Məşvərət Şurasının üzvüdür.  


Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyanin-taninmis-mugennisi-koronavirusa-yoluxub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR