"Borussiya" Sançonun qiymətini açıqladı

"Borussiya" Sançonun qiymətini açıqladı
16:17 26 Mart 2020
154 İdman
Ölkə mətbuatı
A- A+

Dortmund "Borussiya"sı futbolçusu Ceydon Sançoya qiymət qoyub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 20 yaşlı yarımmüdafiəçini 130 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır.

Bildirilib ki, Sanço növbəti mövsüm də Çempionlar Liqasında oynamaq istəyir. Ancaq onunla maraqlanan "Mançester Yunayted" və "Çelsi"nin ÇL-ə vəsiqə qazanıb-qazanmayacağı hələlik məlum deyil.

Bundan başqa, onun "Borussiya"da xoşbəxt olduğu vurğulanıb. Sançonun növbəti mövsüm də Almaniyada qalacağı istisna edilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/836558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR