Ermənistanda məktəblilər və hərbçilər koronavirusa yoluxub

Ermənistanda məktəblilər və hərbçilər koronavirusa yoluxub
16:22 26 Mart 2020
135 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda məktəblilər və hərbçilər koronavirusa yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan bildirib ki, artıq ölkədə məktəblilər də koronavirusa yoluxub.

"Artıq məktəblilərdə də koronavirus aşkarlanıb. Mən onların dəqiq sayını bilməsəm də, məktəblilər özlərini yaxşı hiss edirlər, həyati təhlükələri yoxdur", - Səhiyyə naziri vurğulayıb.

O qeyd edib ki, bir həkim və təcili tibbi yardımın bir nəfər sürücüsü də koronavirusa yoluxub.

Bundan başqa, Ermənistanın Müdafiə naziri David Tonoyan bildirib ki, üç hərbçidə koronavirus aşkarlanıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR