Xaçmazda "Tramadol" satan şəxs saxlanıldı - FOTO

Xaçmazda "Tramadol" satan şəxs saxlanıldı - FOTO
16:57 26 Mart 2020
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində güclü təsir edən maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Zaur Mustafayev şübhəli şəxs qismində rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan satış məqsədi saxladığı 58 ədəd "Tramadol" həbləri aşkar edilib.

Dindirilmə zamanı Z.Mustafayev həmin həblərin ona məxsus olduğunu və satmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/836537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR