Mirvari Fətəliyeva Parisdə koronavirusa yoluxub

Mirvari Fətəliyeva Parisdə koronavirusa yoluxub
17:22 26 Mart 2020
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusa yoluxub.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Fransada yaşayan azərbaycanlı Mirvari Fətəliyevanın özü məlumat verib.

O bildirib ki, özündə bir neçə gün əvvəl halsızlıq və mədə ağrısı hiss edib. Bundan sonra o, həyat yoldaşının baş həkim işlədiyi Paris ətrafındakı xəstəxanada test verib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb.

Hazırda M.Fətəliyevada yalnız təngnəfəslik müşahidə edilir. Hərarəti yüksək dərəcədə olmadığından həmyerlimizin səhhəti normaldır və özünü yaxşı hiss edir.

Qeyd edək ki, Fransa Avropada İtaliya, İspaniya və Almaniyadan sonra ən çox koronavirusun yayıldığı ölkədir. Son məlumata görə, bu ölkədə 25 233 adamda koronavirus aşkarlanıb. Bunlardan 3900 adam sağalıb, 1331 nəfər ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/836667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR