Azərbaycanda koronavirusa görə dustaqlar azadlığa buraxılır

Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi azadlığa buraxılır.

Metbuat.az xəbər verir ki, bu barədə “report”a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə Prezident Administrasiyasına müraciət edilib:

“Artıq həmin müraciətə əsasən, cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılmasına başlanılıb. Bu proses aprel ayınadək davam edəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR