Nazir müavini Xameneinin fikirlərini təkzib etdi: "İranda da, Çində də eynidir"

Nazir müavini Xameneinin fikirlərini təkzib etdi: "İranda da, Çində də eynidir"
17:43 26 Mart 2020
123 Digər
Ölkə mətbuatı
A- A+

İranın Səhiyyə nazirinin müavini Əli Rza Rəisi ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin “İranlıların genetikasına uyğun olaraq virusun bir hissəsi iranlılar üçün hazırlanıb” iddiasını təkzib edib.

Publika.az xəbər verir ki, Əli Rza Rəisi bu iddianın gerçəklə heç bir əlaqəsinin olmadığını və virusun İrana Çindən gəldiyini bildirib.

O bildirib ki, bəzi media orqanları bu virusu iki növə ayırmağa çalışırlar: “İranda təsbit olunan koronavirusun digər ölkələrdəki koronavirusdan fərqli olduğunu deyirlər. Bu virus İranda da, Çində də eynidir”.

Xatırladaq ki, Ayətullah Əli Xameneimartın 22-də İran dövlət televiziyasında çıxışı zamanı bəyan etmişdi ki, iranlıların genetikasına uyğun olaraq virusun bir hissəsi iranlılar üçün hazırlanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/308814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR