Putin: “Ümid edirəm ki, koronavirusla bağlı vəziyyət iki-üç aydan daha tez düzələcək”

Putin: “Ümid edirəm ki, koronavirusla bağlı vəziyyət iki-üç aydan daha tez düzələcək”
17:57 26 Mart 2020
190 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Prezidenti Vladimir Putin koronavirusla bağlı vəziyyətin ölkədə yaxşılığa doğru dəyişəcəyini söyləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya dövlət başçısı bu barədə sahibkarlarla görüşündə bildirib.

O vurğulayıb ki, koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi xəstəliklə mübarizəni sürətləndirməyə imkan verir: "Məcburi tədbirlər müvəqqətidir. Lakin bu tədbirə nə qədər sərt olsa, o qədər də effektli olacaq və bunun müddəti də qısalacaq".

Rusiya Prezidenti koronavirusla bağı vəziyyətin iki-üç aydan daha tez düzələcəyinə ümid etdiyini söyləyib: "Bir sıra ölkələrdə deyirlər ki, koronavirusla müharibə çox çəkəcək. Lakin biz bu vəziyyətdən çıxacağıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR