Koronavirusa qarşı 77 maddə tapıldı

Koronavirusa qarşı 77 maddə tapıldı
20:12 26 Mart 2020
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən sürətli superkompüteri olan "Summit" koronavirusun yayılmasının qarşısını alan 77 kimyəvi maddə tapıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb.

İddia edilib ki, 8 mindən çox simulyasiya nəticəsində aşkar edilən 77 kimyəvi maddə koronavirusa qarşı peyvənd hazırlanması prosesində əhəmiyyətli rol oynayacaq.

Tədqiqatçılar araşdırmanın təsirli peyvənd yaratmaq üçün perspektivli addım olduğunu bildirərək, onu "ChemRxiv" jurnalında dərc ediblər.

Həmçinin o da bildirilib ki, araşdırma qrupu yeni bir model ilə simulyasiyaları təkrarlayacaqlar. Növbəti addımda isə aşkar edilən kimyəvi maddələrin hansının daha yaxşı nəticə verdiyini bilmək üçün eksperimental tədqiqatlar aparılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/836386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR