Koronavirusun əsas əlamətləri və qorunma yolları - MÜTƏXƏSSİS RƏYİ

Koronavirusun əsas əlamətləri və qorunma yolları - MÜTƏXƏSSİS RƏYİ
20:17 26 Mart 2020
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

"İmmuniteti zəif olanlar, yanaşı digər ağır xəstəliklərindən əziyyət çəkənlər, immunsupresor müalicə altında olan şəxslər, yaşı 70-dən yuxarı olanlar koronavirusla bağlı risk qrupuna daxildir".

Bunu e-tibb.az üçün yazdığı məqalədə infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Nazxanım Qasımova qeyd edib.

Onun sözlərinə görə, "COVID-19" yayılan bölgələrdə səyahətdə olanlar və ya "COVID-19" xəstəsi ilə kontaktda olmuş şəxslər də risk qrupuna daxildirlər.

Həkim vurğulayıb ki, "COVID-19"-un əsas əlamətləri qızdırma, öskürək və nəfəs darlığıdır. Mütəxəssis, xəstəlikdən qorunmağın yolları ilə bağlı aşağıdakı tövsiyələri verib:

- Tez-tez əl, ağız-burun çevrəsi antibakterial sabunla yuyun. Ələlxüsus bayırdan evə gəldikdə. Avtomobildə, işdə, əl çantalarında əl dezinfektanları, nəm antibakterial salfetlərin olması vacibdir

- Duzlu su və ya dəniz duzlu steril burun spreyləri ilə burun mənfəəzini təmizləyin

- Xəstə insanlarla kontaktdan çəkinin

- Xəstəliyin yayıldığı bölgələrə səyahət etməyin

- Ev şəraitində olun, sosial aktivliyi azaldın, toplu şəkildə keçirilən tədbirlərdən uzaq durun

- Əlləriniz təmiz deyilsə, göz, ağız və burun nahiyəsinə toxunmayın

- Ən yaxınlarınız, ailə üzvlərindən başqa evinizə yad insanları buraxmayın

- Şübhəli simptomlar varsa, 7 gün evdə qalın

Bundan başqa, həkim vurğulayıb ki, ailədə yaşı 70-dən yuxarı olan şəxs, hamilə və ya risk qrupuna daxil olan digər insanlar varsa, onların xəstə (şübhəli ) şəxsdən 14 gün müddətində başqa yerdə qalması məsləhətdir və ya ailə ilə birgə qalmaq məcburiyyəti varsa, o zaman maksimum az kontaktda olmaq vacibdir: "Əgər "COVİD-19" simptomları varsa və ağır keçirilirsə, mütləq müvafiq qurumlara müraciət edilməlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/836375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR