Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hüquqi statusu müəyyənləşib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hüquqi statusu müəyyənləşib
20:52 26 Mart 2020
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hüquqi statusu müəyyənləşib.

Milli.Az bildirir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum olacaq. Agentlik siyahıda Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatların sıraısna daxil edilib.

Qeyd edək ki, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli fərmanına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/836711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR