Samsung şirkəti smartfonları ultrabənövşəyi işıqla təmizləməyə başladı

Samsung şirkəti smartfonları ultrabənövşəyi işıqla təmizləməyə başladı
20:57 26 Mart 2020
Ölkə mətbuatı
A- A+

Samsung şirkəti koronavirusu epidemiyasına görə yeni bir xidmət başlatdı. Tamamilə ödənişsiz olaraq başladılan bu xidmət, smartfonların ultrabənövşəyi işığı ilə təmizlənməsini əhatə edir.

Bu virusdan qoruna bilmək üçün edə biləcəyimiz ən fundamental şey isə, əllərimizi tez-tez və düzgün qaydada sabunla yumaqdır.

Lakin əllərimizi nə qədər yusaq da, gün ərzində toxunduğumuz hər şey mikroblarla doludur. Xüsusi ilə də smartfonlar. Mütəxəssislər, həyatımızın ayrılmaz bir hissəsi olan smartfonların təmizlik cəhətdən pis halda olduğunu deyir. Smartfonlardakı bu gerçəklik, Cənubi Koreyanın texnologiya nəhəngi Samsung şirkətinin gözündən qaçmadı.

Samsung xidmətləri və təcrübə mərkəzlərində başladılan yeni bir xidmətlə, smartfonları ödənişsiz olaraq təmizləyir. Ultrabənövşəyi işıqla reallaşdırılan təmizləmə əməliyyatı, telefona heç bir zərər vermədən cihazın gigiyenasını da təmin edir. Ancaq bu formada bir təmizləmə əməliyyatının telefonu nə qədər təmiz saxlayacağı ilə əlaqədar hər hansı bir şərh verilmədi.

Samsung şirkətinin ödənişsiz olaraq təqdim etdiyi telefon təmizləmə əməliyyatı bu an üçün; İspaniya, Danimarka, Malayziya, Yeni Zelandiya, Finlandiya, Yaponiya, Argentina, Vyetnam, Pakistan, Peru, Polşa, Rusiya, İsveç, Cənubi Koreya və Norveçdə aktiv olaraq xidmət edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/836370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR